Yəmən Ordusu strateji bölgəni Səudiyyə koalisiyasından azad edib

Yəmən Ordusu strateji bölgəni Səudiyyə koalisiyasından azad edib

 

Yəmən əsgərləri ölkənin şimalındakı Əl-Cəvf əyalətinin Xab və əl-Şaf bölgələrində şiddətli qarşıdurmalardan sonra Ərəbistanla sərhəddəki Əl-Hancər strateji bazasını işğalçı Səudiyyə əsgərlərindən azad etdi.
 
Maide.Az xəbər verir ki, Yəmənli hərbi səlahiyyətli ordunun Səudiyyə Ərəbistanı sərhədindəki strateji qarnizona nəzarəti bərpa etdiyini açıqlayıb.
 
"Əl-Məyadin" kanalı xəbər verir ki, döyüşlərdə fərari prezident Mənsur Hadiyə bağlı qüvvələr də Səudiyyə koalisiya qüvvələrinə yardım edirmiş.
 
Təxminən bir ay əvvəl də Yəmən ordusu Səada vilayəti sərhədi yaxınlığında yerləşən Xab və Şaf bölgəsinin şimal-qərb hissəsində işğalçı Səudiyyə əsgərlərinə qarşı genişmiqyaslı hücuma keçmişdi.
 
Son həftələrdə Yəmən əsgərləri əl-Muhaşemə bölgəsini, Xab və əl-Şafın qərbindəki Sarhan dağını və əl-Hancər hərbi bazasına doğru irəliləmək və bu bölgəni təmizləmək üçün yol açıb.
 
Xab və əş-Şaf Yəmənin şimalındakı Əl-Cəvf əyalətinin 70 faizini təşkil edir və bu bölgənin tam şəkildə bərpası Yəmənin şimalındakı müharibənin yönünü dəyişdirəcək.

 

Google+ WhatsApp ok.ru