Yəməndə qadınlara və uşaqlara hücum edildi

Yəməndə qadınlara və uşaqlara hücum edildi

Səudiyyə Ərəbistanı liderliyindəki Koalisiya Qüvvələri Yəməndə yenidən mülki şəxslərə hücum edib.

Bu barədə paytaxt Sənadakı hökumətə tabe olan Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Məlumatda vurğulanıb ki, Hudeyda şəhərinə hücum zamanı 1 uşaq şəhid olub, 6 qadın isə yaralanaraq xəstəxanaya çatdırılıb.

Bundan əlavə Hudeyda şəhərində atəşkəs son 24 saat ərzində 106 dəfə pozulub. /eastnews/

Google+ WhatsApp ok.ru