Yəməndə 13 mindən çox qadın və uşaq şəhid olub və yaralanıb

Yəməndə 13 mindən çox qadın və uşaq şəhid olub və yaralanıb

Yəməndə uşaq və qadınların hüquqlarınımüdafiə edən “İntesaf” insan haqları qurumu Səudiyyə rejiminin koalisiyasının hücumlara başladığı gündən 2020-ci il 9 oktyabr tarixinə qədər ümumilikdə şəhid olan və yaralanan qadın və uşaqların sayının13073-ə çatdığını açıqlayıb.

 
Maide.Az "deyerler.org"a istinadla xəbər verir ki, təşkilat Səudiyyə rejiminin koalisiyasının birbaşa bombardmanı nəticəsində 5183 qadının və 7891 uşağın öldüyünü və ya yaralandığını bildirib. Səudiyyə rejiminin koalisiyasının Əl-Hudeydə limanına neft yanacaqlarının girişini əngəlləməsi nəticəsində yüzlərləana və uşaq sağlamlığı mərkəzi bağlanma ərəfəsindədir və yəmənli qadın və uşaq hüquqları üçün böyük bir humanitar fəlakət yoldadır.
 
“İntesaf” insan haqları qurumu Səudiyyə rejiminin koalisiyasının təhsil müəssisələrinə birbaşa və dolayı hücumlarının təxminən iki milyon şagird və tələbəni təhsildən məhrum etdiyini bildirib.
 

Google+ WhatsApp ok.ru