Yəmən rəsmisi ABŞ-ı tənqid etdi 15 Oktyabr 2020 11:20 Yəmən Yəmənin paytaxtı Sənadakı hökumətin mətbuat katibi Əhməd Həmid ABŞ-ı tənqid edib. O, açıqlamasında bildirib ki, Yəməndəki böhranların səbəbkarı ABŞ-dır. Bundan əlavə Əhməd Həmid vurğulayıb ki, Yəmən müharibəsində ən çox silahı da ABŞ işğalçılara satıb. "Onlar silah satıb pul qazanmaq üçün müharibə başlatdılar. Məqsədləri xalqımızı məğlub etməkdir", - deyə hökumət rəsmisi diqqətə çatdırıb. Qeyd edək ki, artıq 6 ilə yaxındır ki, Yəmən ABŞ və Sionist rejimin diktəsi ilə regionda Səudiyyə Ərəbistanının başçılığı altında yaradılmış koalisiya qüvvələrinin hücümlarına və təcavüzünə məruz qalır. Onsuz da humanitar vəziyyətin acınacaqlı olduğu Yəmən, bu hücumlardan sonra sosial partlayışın son həddinə çatıb. Amansız hücumlar nəticəsində 85 min yəmənli həyatını itirib və ya yaralanıb. Öldürülənlərdən 16 min nəfəri dinc sakinlərdir. 8,4 milyon nəfərin aclıq həddinə yaxınlaşdığı bildirilir. /eastnews.org/ Teqlər : #Yəmən,#rəsmisi,#ABŞı,#tənqid,#etdi, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Yəmən: Səna hava limanının mühasirədə saxlanılması sutkada 25 xəstənin ölümünə səbəb olur Yəmənli nazir ölkədə humanitar böhranın daha da dərinləşdiyini bildirib
Dünya Ərzaq Proqramı: Yəmən xalqına humanitar yardım göstərilməsə milyonlarla insan aclıqdan ölə bilər
Ənsarullah: Səudiyyə rejimi və BƏƏ Yəmən xalqını mühasirədə saxlamaq və qətliam etmək üçün ABŞ-ın əlində bir vasitədir
Əl-Husi : Təcavüzkar Səudiyyə Ərəbistanı koalisiyası atəşkəs istəyirsə Yəmənin mühasirəsini ləğv etməlidir
Beynəlxalq Qırmızı Xaç Komitəsi: 'Yəməndəki müharibənin və xalqının iztirablarının sona çatması üçün çalışın'