Yəmənli nazir ölkədə humanitar böhranın daha da dərinləşdiyini bildirib

Yəmənli nazir ölkədə humanitar böhranın daha da dərinləşdiyini bildirib

Yəmənin paytaxtı Sənadakı hökumətin Səhiyyə naziri olan Taha əl-Mütəvəkkil ölkədəki son vəziyyətlə bağlı açıqlama verib.  

 
Taha əl-Mütəvəkkil açıqlamasında bildirib ki, işğalçı dövlətlər beyin və sinir xəstəliklərini müalicə edən cihazların ölkəyə daxil olmasına maneə olub.  
 
"Bu səbəblə də xəstələrə xidmətimiz zəifləyib. Bu barədə dəfələrlə Birləşmiş Millətlər Təşkilatına müraciət etmişik", - deyə Taha əl-Mütəvəkkil diqqətə çatdırıb.  
 
Nazir qeyd edib ki, Səudiyyə Ərəbistanı liderliyindəki Koalisiya Qüvvələri ölkədəki humanitar böhranı daha da dərinləşdirib. /eastnews/
 

Google+ WhatsApp ok.ru