Yəməndə 10 il ərzində öldürülən jurnalistlərin sayı açıqlandı 03 Noyabr 2020 11:15 Yəmən Yəmən jurnalistləri həmkarlar ittifaqı jurnalistlərin ölümündə təqsirli olan şəxslərin məsuliyyətə cəlb edilməsini tələb edib. Bu barədə Həmkarlar İttifaqı 2 Noyabr - Jurnalistlərə qarşı Cinayətlərin Cəzasızlığına Qarşı Beynəlxalq Günü münasibətilə müvafiq müraciət edib. Müraciətdə son on ildə ölkədə 44 jurnalistin öldürüldüyü, yüzlərlə adamın həbs olunduğu və 2000 söz azadlığının pozulması hadisəsinin qeydə alındığı bildirilir. Qeyd edək ki, artıq 6 ilə yaxındır ki, Yəmən ABŞ və Sionist rejimin diktəsi ilə regionda Səudiyyə Ərəbistanının başçılığı altında yaradılmış koalisiya qüvvələrinin hücümlarına və təcavüzünə məruz qalır. Onsuz da humanitar vəziyyətin acınacaqlı olduğu Yəmən, bu hücumlardan sonra sosial partlayışın son həddinə çatıb. Amansız hücumlar nəticəsində 85 min yəmənli həyatını itirib və ya yaralanıb. Öldürülənlərdən 16 min nəfəri dinc sakinlərdir. 8,4 milyon nəfərin aclıq həddinə yaxınlaşdığı bildirilir. / Anadolu/ Teqlər : #Yəməndə,#ərzində,#öldürülən,#jurnalistlərin,#sayı,#açıqlandı, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Yəməndə 3 ildə ABŞ-ın hücumları nəticəsində ölənlərin sayı açıqlanıb ABŞ Yəmən müharibəsində Səudiyyə rejimini maliyyələşdirməyi dayandıracaq
Dünya Ərzaq Proqramı: Yəmən xalqına humanitar yardım göstərilməsə milyonlarla insan aclıqdan ölə bilər
Ənsarullah: Səudiyyə rejimi və BƏƏ Yəmən xalqını mühasirədə saxlamaq və qətliam etmək üçün ABŞ-ın əlində bir vasitədir
Əl-Husi : Təcavüzkar Səudiyyə Ərəbistanı koalisiyası atəşkəs istəyirsə Yəmənin mühasirəsini ləğv etməlidir
Beynəlxalq Qırmızı Xaç Komitəsi: 'Yəməndəki müharibənin və xalqının iztirablarının sona çatması üçün çalışın'