Yəmən ordusu Səudiyyənin təcavüzünün cavabında ‘Saudi Aramco’ neft şirkətinə aid obyektə raket hücumu edib 23 Noyabr 2020 09:32 Yəmən Yəmən Ordusu Səudiyyə Ərəbistanının Ciddə şəhərində yerləşən “Saudi Aramco” dövlət neft və qaz şirkətinin paylama stansiyasına raket hücumu edildiyini bildirib. Maide.Az xarici KİV-ə istinadla xəbər verir ki, bunu Yəmən ordusunun sözçüsü general Yəhya Səri deyib. O bildirirb ki, bu hücum "Qüds2" qanadlı raketlə təşkil olunub. "Qüds2" qanadlı raketi hədəfi tam dəqiqliyi ilə vurub. Raketin hədəfə dəyməsindən sonra hadisə yerinə təcili tibbi yardımlar və yanğın söndürənlər hadisə yerinə cəlb olunub". O deyib ki, bu əməliyyat Səudiyyə Ərəbistanın Yəmənə təcavüzü və uzun müddət Yəmən xalqını mühasirədə saxlamasına cavabdır. Yəmən Ordusunun sözçüsü Y.Səri Səudiyyə Ərəbistanda fəaliyyət göstərən xarici şirkətlərə xəbərdarlıq edib. "Bir daha Səudiyyə Ərəbistanında fəaliyyət göstərən xarici şirkətlərə və xarici vətəndaşlara tövsiyə edirik önəmli neft obyektlərindən uzaqlaşsınlar. Çünki neft obyektləri ordumuzun hücum nöqtələridir. Bizim əməliyyatlarımız davam edir." Xatırladaq ki, artıq 6 ilə yaxındır ki, Yəmən ABŞ və Sionist rejimin diktəsi ilə regionda Səudiyyə Ərəbistanının başçılığı altında yaradılmış koalisiya qüvvələrinin hücümlarına və təcavüzünə məruz qalır. Onsuz da humanitar vəziyyətin acınacaqlı olduğu Yəmən, bu hücumlardan sonra sosial partlayışın son həddinə çatıb. Amansız hücumlar nəticəsində 85 min yəmənli həyatını itirib və ya yaralanıb. Öldürülənlərdən 16 min nəfəri dinc sakinlərdir. 8,4 milyon nəfərin aclıq həddinə yaxınlaşdığı bildirilir. Teqlər : #Yəmən,#ordusu,#Səudiyyənin,#təcavüzünün,#cavabında,#‘Saudi,#Aramco’,#neft,#şirkətinə,#aid,#obyektə,#raket,#hücumu,#edib, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru ÜST: Qidalanmadan əziyyət çəkən bir milyondan çox yəmənli uşağın müalicəsi dayandırıla bilər Yəmənli uşaqlarla bağlı dəhşətli statistika açıqlandı
Dünya Ərzaq Proqramı: Yəmən xalqına humanitar yardım göstərilməsə milyonlarla insan aclıqdan ölə bilər
Ənsarullah: Səudiyyə rejimi və BƏƏ Yəmən xalqını mühasirədə saxlamaq və qətliam etmək üçün ABŞ-ın əlində bir vasitədir
Əl-Husi : Təcavüzkar Səudiyyə Ərəbistanı koalisiyası atəşkəs istəyirsə Yəmənin mühasirəsini ləğv etməlidir
Beynəlxalq Qırmızı Xaç Komitəsi: 'Yəməndəki müharibənin və xalqının iztirablarının sona çatması üçün çalışın'