Yəməndə Peyğəmbəri-Əkrəmin (s) möhtəşəm mövlud tədbiri - VIDEO

Yəməndə Peyğəmbəri-Əkrəmin (s) möhtəşəm mövlud tədbiri - VIDEO

Yəmən paytaxtında Məhəmməd peyğəmbərin (s) mövludu və "Vəhdət həftəsi"nin başlanması münasibətilə izdihamlı bayram tədbiri keçirilir.
 
Maide.Az xarici KİV- ə istinadla xəbər verir ki,  bayram tədbiri Yəmənin paytaxtı Səna və  14 əyalətində izdihamlı tədbirlər keçirilir.
 
Bu gün səhərdən çoxlu sayda insan Yəmən paytaxtında Səbin meydanına toplaşıb. Mövlud tədbiri ötən gecədən başlayıb və bu gün də davam edib. 
 
Qeyd edək  ki, Peyğəmbəri- Əkrəmin (s) doğum günü ilə bağlı tarixi mənbələrdə iki fərqli versiya irəli sürülmüşdür: əhli-sünnə o həzrətin mövludunu hicri-qəməri tarixi ilə Rəbiül-əvvəl ayının 12-si, şiələr isə 17-si qeyd edirlər (red: bu il 12 Rəbiül-əvvəl - 19 oktyabr 17 Rəbiül-əvvəl 24 oktyabr 2021-ci ilə təsadüf edir).Bu iki fərqli tarix arasında İslam aləmində ixtilafların aradan qaldırılması və İslam camiəsinin vəhdət və birliyi naminə 1981-ci ildən etibarən İslam İnqilabının rəhbəri mərhum imam Xomeyninin təşəbbüsü ilə bu iki gün bayram günləri, eyni halda ikisinin arasında olan günlər isə, “Vəhdət həftəsi” elan edilmişdir. Elə həmin tarixdən etibarən, Rəbiül-əvvəl ayının 12-17-ci günləri “Vəhdət həftəsi” adı ilə bütün müsəlman ölkələrində qeyd olunmaqdadır.

Google+ WhatsApp ok.ru