Yanvar-aprel aylarında 3 faizlik inflyasiya 14 May 2020 13:54 İqtisadiyyat Dövlət Statistika Komitəsi 2020-ci ilə aid yeni makroiqtisadi göstəricilər yayıb. Maide.Az "Novator.az" a istinadla xəbər verir ki, rəsmi hesabata görə, yanvar-aprel aylarında ümumi daxili məhsul ötən ilin eyni dövrü ilə müqayisədə 0,2% artaraq 22 milyard 400,5 milyon manat dəyərində olub. Adambaşına ümumi daxili məhsul 2249,7 manat göstərilir. 2019-cu ilin ilk dörd ayı ilə müqayisədə sənayedə 3%, kənd təsərrüfatında 3,8% yüksəlişin qeydə alındığı vurğulanır. Açıqlamaya əsasən, ötən ilin ilk dörd ayına nəzərən sərmayə qoyuluşunda 0,5%, nəqliyyat sektorunda yük daşınması üzrə 4,1%, sərnişin daşınması üzrə 18,9%, əhaliyə göstərilən ödənişli xidmətlər üzrə 9,7%, pərakəndə ticarət dövriyyəsi üzrə 1,9% geriləmə, informasiya və rabitə xidmətləri üzrə 8,4% artım var. Dörd ayda dövlət büdcəsinə 9,5 milyard manatın daxil olduğu, büdcədən 7,2 milyard manatın xərcləndiyi, əhalinin nominal gəlirlərinin 1,3% artdığı vurğulanır. Rəsmi məlumata görə, yanvar-aprel aylarında 3%-lik inflyasiya gedib. Aprelin 1-nə muzdla çalışanların orta əməkhaqqının 744,5 manata yüksəldiyi bildirilir. Teqlər : #Yanvaraprel,#aylarında,#faizlik,#inflyasiya, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Ekspert: Əhali pulunu banklardan çəkir Ekspert: Koronavirus Azərbaycan iqtisadiyyatının zəif tərəflərini üzə çıxarır