Yanvarın 17-də pis hava şəraiti ilə əlaqədar uşaqların bağçalara aparılmaması tövsiyə edilir - RƏSMİ 16 Yanvar 2019 09:25 Ailə Bakı Şəhər Məktəbəqədər Təhsil Müəssisələri və Uşaq Evləri İdarəsi yanvarın 17-də hava şəraitinin kəskin pisləşəcəyi ilə əlaqədar olaraq Bakı Şəhər İcra Hakimiyyətinin (BŞİN) tabeliyində olan bağçalara xəbərdarlıq edib. Maide.Az "report"a istinadən xəbər verir ki, bu barədə İdarənin BŞİH-in tabeliyində olan məktəbəqədər təhsil müəssisələrinin (körpələr evləri, körpələr evi-uşaq bağçaları, uşaq bağçaları, xüsusi uşaq bağçaları) rəhbərliklərinə ünvanladığı telefonoqramda deyilir. Telefonorqramda havanın temperaturunun 10 dərəcə aşağı düşəcəyi və güclü küləyin əsəcəyi proqnozlaşdırılan 17 yanvar tarixində uşaqların bağçalara gətirilməməsi tövsiyə olunur: "Yanvarın 17-də hava şəraitinin kəskin dəyişəcəyi, şimal-qərb küləyinin 20-25 m/s, arabir 30-35 m/s, yarımadanın bəzi yerlərində arabir 40 m/s-dək şiddətlənəcəyi gözlənilir. Havanın temperaturunun ötən günlə müqayisədə 10 dərəcə aşağı enərək 2 dərəcəyə yaxın isti olacağı gözlənilir. Yağıntının sulu qara, qara keçəcəyi, 17-dən 18-nə keçən gecə şəhərətrafı ərazilərin buz bağlama ehtimalı var. Qeyd olunanlarla əlaqədar olaraq uşaqların təhlükəsizliyinin təmin edilməsi məqsədi ilə həmin tarixdə onların bağçaya gətirilməsi tövsiyə olunmur". Teqlər : #Yanvarın,#17də,#pis,#hava,#şəraiti,#ilə,#əlaqədar,#uşaqların,#bağçalara,#aparılmaması,#tövsiyə,#edilir,#RƏSMİ, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Bir az keçmiş nisgili... ÜST: Ötən il dünyada bir milyarda yaxın uşaq zorakılığa məruz qalıb
Bu şəxslər 11-ci sinfi bitirdikdən sonra ali məktəbə 2 il imtahansız qəbul ola biləcəklər - YENİ QAYDA