Yaponiyada ABŞ silahlı qüvvələrinə məxsus helikopter qəza enişi edib

Yaponiyada ABŞ silahlı qüvvələrinə məxsus helikopter qəza enişi edib

ABŞ silahlı qüvvələrinə məxsus “UH-1” helikopteri Yaponiyanın Okinava prefekturasında yerləşən Tsuken adasına qəza enişi edib.
 
Helikopter yaşayış məntəqəsindən cəmi 120 metr məsafədə yerə enib. Şahidlərin ifadəsinə görə, enişdən əvvəl çox aşağıdan uçan helikopter güclü səsə çıxarırmış. İlkin məlumatlara görə, enişə səbəb helikopterin mühərrikində yaranmış problem olub.
 
Həmçinin bildirilir ki, helikopterin beş nəfər heyət üzvündən heç biri xəsarət almayıb.
 
Hadisəni şərh edən Okinava prefekturasının vitse-qubernatoru Kiiçiro Zyahana deyib: “Biz bununla əlaqədar ciddi tədbirlər görəcəyik. Belə hadisə bir daha təkrar olunmamalıdır. Baş vermiş hadisə prefektura sakinlərini çox narahat edib”.
 
Bildirilir ki, hadisə ilə əlaqədar prefektura hökuməti ABŞ hərbi komandanlığına etirazını bildirməyə hazırlaşır.
 
Helikopterin ABŞ-ın Futemmadakı dəniz piyadaları korpusuna məxsus olduğu qeyd edilir.
 

Google+ WhatsApp ok.ru