Yaponiyanın Atom Elektrik Stansiyasında yanğın olub

Yaponiyanın Atom Elektrik Stansiyasında yanğın olub

Yaponiyanın Sidzuoka prefekturasında yerləşən "Xamaoka" Atom Elektrik Stansiyasının turbin zalında yanğın olub.
 
Maide.Az "Trend"ə istinadla xəbər verir ki, bu barədə “Kyodo” agentliyi bildirib.
 
“Chubu electric power” stansiyasının şirkətinin operatorunun məlumatına görə, yanğın siqnalizasiyası stansiyanın beşinci reaktorunun turbin zalında işə düşüb. Tüstülənmə baş verib.
 
Zərərçəkənlər haqqında informasiya yoxdur, "Xamaoka" stansiyasında və onun hüdudları xaricində radiasiyanın səviyyəsində dəyişikliklər qeydə alınmayıb.
 

Google+ WhatsApp ok.ru