Yaponlar bunu da etdi: Gözləri yaşartmayan soğan 03 Avqust 2016 01:00 Maraq dünyası Yaponiyada meyvə və tərəvəz istehsalı ilə məşğul olan bir şirkət gözləri yaşartmayan və acılamayan soğan istehsal edib. Maide.Az xəbər verir ki, soğanı doğrayarkən gözün acılanması və yaşarması hər kəsi incidir, lakin yapon soğanı ilə bu problem öz həllini tapıb və yeni soğanlarda qoxu yoxdur. Alimlər bu növ soğanlarda yayılan fermentlərin miqdarını azaldıblar və buna görə də gözlər yaşarmır. Qeyd olunan bu növ soğanı əldə etmək üçün alimlər 10 ildən çox tədqiqat aparıblar. Bildirilir ki, bu növ soğanlar digər növləri ilə müqayisədə daha şirindir. Cari ildə bu növ soğanlardan 5 ton Tokio mağazalarında sınaq üçün satışa çıxarılıb. Cari ilin payızından isə dünya bazarında gözləri yaşartmayan soğan satışa çıxarılacaq. Bu soğanın hər birinin qiyməti 2 dollar müəyyənləşib. Teqlər : #Yaponlar bunu da etdi: Gözləri yaşartmayan soğan, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Instagram-dan istifadəçiləri sevindirəcək yeni bir FUNKSİYA Səhər yuxudan gümrah oyanmağın 10 YOLU