Yarım ilin bahalaşması (Rəsmi) 15 İyul 2021 15:02 Ölkə Dövlət Statistika Komitəsi yarım illik inflyasiya rəqəmlərini yayıb. Maide.Az "Novator.az" a istinadla bildirir ki, rəsmi hesabata görə, 2021-ci ilin yanvar-iyun aylarında istehlak qiymətləri ötən ilin ilk yarısına nisbətən 4,3 faiz artıb, ərzaq məhsulları, içkilər və tütün məmulatları 4,9 faiz, qeyri-ərzaq məhsulları 3,9 faiz, əhaliyə göstərilmiş ödənişli xidmətlər 3,5 faiz bahalaşıb. Yarım ildə əhalinin pərakəndə ticarət şəbəkəsində xərclədiyi vəsaitin 48,4 faizinin ərzaq məhsullarının, 5,4 faizinin içkilər və tütün məmulatlarının alınmasına sərf olunduğu vurğulanır. Teqlər : #Yarım,#ilin,#bahalaşması,#(Rəsmi), Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Sabah hava necə olacaq? - PROQNOZ Bugünkü imtahanda istifadə olunan test tapşırıqlarının düzgün cavabları açıqlanıb