Yeni gömrük limiti qüvvəyə minir - Kompüter və telefonlar bahalaşacaq... 21 Sentyabr 2020 12:32 İqtisadiyyat “Azpolitika.az” saytı “Yeni gömrük limiti qüvvəyə minir - Kompüter və telefonlar bahalaşacaq” sərlövhəli məqalədə bu bahalanmanın səbəblərinə aydınlıq gətirir. Müəllif deyir ki, gömrük limitinin 300 dollara endirilməsi haqqında Nazirlər Kabinetinin qərarı sentyabrın 20-dən qüvvəyə minib. “Bu gündən vətəndaş şəxsi məqsədlər üçün bir ay ərzində 300 dollar limiti keçməmək şərtilə bir neçə dəfə bağlama sifariş edə biləcək. Bu qərara qədər isə aylıq limit 1000 dollar idi. Müəllif əlavə edir ki, son günlər pandemiya səbəbilə bütün ölkə üzrə distant təhsilin məcburi olması müəllim və şagirdlər üçün kompüter və telefonlara tələbatı kəskin artırıb. Müəllif bu faktdan irəli gələrək Nazilər Kabnetinin bu qərarın icrasnı ertələyə bilməsinin mümkünlüyü ilə bağlı sualı gündəmin müzakirəsinə daşıyır. Qərar qüvvəyə minərsə, bu, vətəndaşların alıcılıq qabiliyyətinə pis təsir göstərəcək. “Vətəndaşların xaricdən daha ucuz qiymətə texnoloji avadanlıqlar gətirmək imkanları da məhdudlaşdırılacaq. Hökumət, Təhsil Nazirliyi distant təhsilin təşkili üçün hələlik ciddi resurslar ayırmayıb”. Bunu isə Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz bildirib. Ekspertə görə, əhalinin 50%-nin yaşadığı kəndlərdə təhsil xidmətlərinə əlçatımlıqla bağlı ciddi problem yaranıb. Teqlər : #Yeni gömrük limiti ,#Kompüter və telefonlar bahalaşacaq, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Rusiya neft razılaşmasını pozur Sərmayə statistikası