Yeni Zelandiyada radio və televiziya ilə Azan səsləndiriləcək

Yeni Zelandiyada radio və televiziya ilə Azan səsləndiriləcək


Yeni Zelandiyada cümə namazı ilə bağlı yeni qərar qəbul edilib.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, cümə azanı radio və televiziyada canlı səsləndiriləcək. Bu barədə ölkənin baş naziri Casinda Ardern açıqlama verib. Nazirin sözlərinə görə, namaz üçün məscidlərə toplanan müsəlmanlara dəstək olmaq arzusundadır.


Yerli media yazır ki, azan Yeni Zelandiya Radiosu (RNZ) ve Yeni Zelandiya Televiziyası (TVNZ) vasitəsilə yayımlanacaq.

Google+ WhatsApp ok.ru