İyulun 14-15-də qəbul imtahanları keçiriləcək 07 İyul 2021 13:11 Ölkə Dövlət İmtahan Mərkəzi 14 və ya 15 iyul 2021-ci il tarixlərində keçiriləcək qəbul imtahanlarında iştirak edəcək abituriyentlərə müraciət edib. Mərkəzdən bildirilib ki, iyulun 14-də III ixtisas qrupu, iyulun 15-də isə II ixtisas qrupu üzrə ali təhsil müəssisələrinə qəbul imtahanları keçiriləcək. İmtahanlar Bakı, Naxçıvan, Gəncə, Şəmkir, Qazax, Ağstafa, Sumqayıt, Abşeron, Mingəçevir, Şəki, Zaqatala, Bərdə, Ağcabədi, Göyçay, Kürdəmir, Şirvan, Sabirabad, Salyan, Lənkəran, Cəlilabad, Masallı, Quba və Xaçmazda təşkil olunacaq. Abituriyentlərin bir daha nəzərinə çatdırırıq ki, imtahanlar saat 10:00-da başlanacaq. İmtahanların başlanmasına 15 dəqiqə qalmış – saat 09:45-də buraxılış rejimi başa çatır və bundan sonra gələn iştirakçılar imtahan binasına buraxılmırlar. Teqlər : #İyulun,#1415də,#qəbul,#imtahanları,#keçiriləcək, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Bu yolda hərəkət qismən məhdudlaşdırılır Sabaha gözlənilən hava şəraiti açıqlanıb