İyulun 17-də gözlənilən hava şəraiti açıqlanıb

İyulun 17-də gözlənilən hava şəraiti açıqlanıb

İyulun 17-də gözlənilən hava şəraiti açıqlanıb.
 
Maide.Az xəbər verir ki, ETSN-nin Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Şimal-qərb küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq.
 
Havanın temperaturu gecə 23-26 isti, gündüz 31-36 isti, Bakıda gecə 23-25 isti, gündüz 33-35 dərəcə isti olacaq.
 
Atmosfer təzyiqi normadan aşağı 758 mm civə sütunundan 755 mm civə sütununa enəcək.
 
Nisbi rütubət gecə 60-70 , gündüz 40-45 faiz olacaq.
 
Tibbi-meteoroloji proqnoza əsasən iyulun 17-də Abşeron yarımadasında meteoroloji amillərin zəif tərəddüdü gözlənilir ki, bu da meteohəssas insanlar üçün əlverişlidir.
 
İyulun 17-də Azərbaycanın rayonlarında da əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin axşam bəzi dağlıq ərazilərdə şimşək çaxacağı, qısamüddətli yağış yağacağı, dolu düşəcəyi ehtimalı var. Şərq küləyi əsəcək. Havanın temperaturu gecə 20-25 isti, gündüz 32-37 isti, dağlarda gecə 11-16 isti, gündüz 20-25 dərəcə isti olacaq.

Google+ WhatsApp ok.ru