İyulun 27-də  gözlənilən hava şəraiti açıqlanıb - XƏBƏRDARLIQ

İyulun 27-də gözlənilən hava şəraiti açıqlanıb - XƏBƏRDARLIQ

Havanın temperaturu aşağı düşəcək, güclü külək əsəcək

İyulun 27-də Azərbaycanda gözlənilən hava şəraiti açıqlanıb.
 
Maide.Az xəbər verir ki, Milli Hidrometeorologiya Xidmətindən  verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında sabah hava şəraitinin əsasən yağmursuz keçəcəyi, lakin səhər yarımadanın bəzi yerlərində qısamüddətli az yağış yağacağı ehtimalı var.
 
Arabir güclənən şimal-qərb küləyi əsəcək. Havanın temperaturu gecə 23-25° isti, gündüz 28-31° isti, Bakıda gecə 23-25° isti, gündüz 29-31° isti olacaq.
 
Atmosfer təzyiqi 755 mm civə sütunundan 758 mm civə sütununa yüksələcək. Nisbi rütubət gecə 60-70 %, gündüz 40-45 % olacaq.
 
Tibbi-meteoroloji proqnoza gəlincə, iyulun 27-si axşam, 28-də Abşeron yarımadasında iqlim normasına yaxın temperatur rejimi əsasən əlverişli olsa da, güclü xəzri küləyi bəzi meteohəssas insanlarda narahatlıq hissi yarada bilər.
 
Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi, lakin axşam bəzi şimal və qərb rayonlarında şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı, dolu düşəcəyi ehtimalı var. Qərb küləyi gecəyə doğru ayrı-ayrı yerlərdə arabir güclənəcək.
 
Havanın temperaturu gecə 21-26° isti, gündüz 34-39° isti, dağlarda gecə 13-18° isti, gündüz 20-25° isti olacaq.
 
Havanın temperaturu aşağı düşəcək, güclü külək əsəcək 
 
Bakıda və Abşeron yarımadasında iyulun 27-si axşam, 28-də şimal-qərb küləyinin güclənəcəyi, arabir yağış yağacağı gözlənilir.
 
Bu barədə Milli Hidrometeorologiya Xidmətinin yaydığı xəbərdarlıqda bildirilib.
 
Qeyd olunub ki, havanın temperaturu ötən günlərlə müqayisədə 5-8° aşağı enəcək.
 
Azərbaycanın rayonlarında iyulun 27-si axşam Respublikanın şimal və qərb rayonlarından başlayaraq hava şəraitinin dəyişəcəyi, bəzi yerlərdə şimşək çaxacağı, arabir leysan xarakterli yağış yağacağı gözlənilir.
 
Dolu düşəcəyi ehtimalı var. Gözlənilən intensiv yağışla əlaqəli bəzi dağ çaylarndan qısamüddətli daşqın və sel keçəcəyi ehtimalı var. Qərb, şimal-qərb küləyi arabir güclənəcək.
 
Əlverişsiz hava şəraiti iyulun 29-dək davam edəcək.
 

 

Google+ WhatsApp ok.ru