YUNESKO: 2018-2019-cu illərdə qaynar nöqtələrdə 67 jurnalist öldürülüb

YUNESKO: 2018-2019-cu illərdə qaynar nöqtələrdə 67 jurnalist öldürülüb

2018-2019-cu illərdə silahlı münaqişələr baş verən ölkələrdə 67 jurnalist öldürülüb.

 
Bu barədə YUNESKO-nun hesabatında deyilir.
 
Hesabata əsasən, öldürülən jurnalistlərdən 23-ü birbaşa münaqişəni işıqlandırıb. Bundan əlavə, qeyd edilir ki, münaqişələri işıqlandıran jurnalistlər hədələrə, saxlanılmalara məruz qalır.
 
Bunun əlaqədar BMT-nin baş katibinin rəsmi nümayəndəsi Stefan Cüjarrik bildirib ki, baş katib bütün dünyada jurnalistlərə hücumlardan narahatdır.
 

Google+ WhatsApp ok.ru