YUNİSEF : Yəməndə hər 10 dəqiqə ərzində bir uşaq aclıqdan və xəstəlikdən dünyasını dəyişir 24 Avqust 2021 10:28 Yəmən Səudiyyə Ərəbistanın Yəmənə təcavüzü nəticəsində bu ölkədə hər 10 dəqiqə ərzində bir uşaq aclıqdan və xəstəlikdən dünyasını dəyişir. Maide.Az " almasirah"ə istinadən xəbər verir ki, bunu BMT-nin Uşaq Fondunun – YUNİSEF icraçı direktoru Henrietta For deyib. “Yəmənə təcavüz dünyada ən pis humanitar böhrana səbəb olub. Ona görə ki, aralarında 11.3 milyon uşaq olan 21 milyon nəfər yəmənlinin yardıma ehtiyacı var. Onlardan 400 min nəfər uşaq pis qidalanma ilə üz-üzədir və vaxtından əvvəl ölüm riski altındadırlar”.- deyə H.For deyib. Qeyd edək ki, “Eynül-İnsaniyyə” insan haqları mərkəzi bir müddət əvvəl Səudiyyə Ərəbistanın Yəmənə 2300 günlük təcavüzü nəticəsində dəymiş ziyan barədə hesabatını açıqlamışdı. Hesabata görə, Səudiyyə Ərəbistanın Yəmənə təcavüzü nəticəsində 17176 yəmənli şəhid olub. Onlardan 3842 nəfəri uşaq, 2400 nəfəri qadındır. Həmçinin bildirilir ki, Səudiyyə rejiminin Yəmənə təcavüzü nəticəsində indiyədək 26715 yəmənli yaralanıb. Onlardan 4225 nəfəri uşaq və 2832 nəfəri isə qadındır. Səudiyyə rejiminin Yəmənə 2300 günlük təcavüzü nəticəsində 396 zavod, 352 yanacaq tankeri, 11479 ticarət mərkəzi, 423 heyvandarlıq obyekti, 7945 nəqliyyat vasitəsi, 472 balıqçı gəmisi, 931 ərzaq anbarı, 397 yanacaq doldurma məntəqəsi və 685 bazar məhv edilib. Eləcə də bu müddət ərzində 575353 yaşayış evi, 179 universitet, 1446 məscid, 369 turizm obyekti , 391 xəstəxana, 1110 məktəb və təhsil müəssisəsi, 7733 əkin sahəsi, 135 idman kompleksi, 248 tarixi abidə və 49 mətbuat mərkəzi dağıdılıb. Teqlər : #YUNİSEF,#Yəməndə,#hər,#dəqiqə,#ərzində,#bir,#uşaq,#aclıqdan,#və,#xəstəlikdən,#dünyasını,#dəyişir, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Ənsarullah: 'ABŞ Yəməndə savaşın davam etməsini istəyir' Yəmənlə bağlı növbəti dəfə həyəcan təbili çalındı
Dünya Ərzaq Proqramı: Yəmən xalqına humanitar yardım göstərilməsə milyonlarla insan aclıqdan ölə bilər
Ənsarullah: Səudiyyə rejimi və BƏƏ Yəmən xalqını mühasirədə saxlamaq və qətliam etmək üçün ABŞ-ın əlində bir vasitədir
Əl-Husi : Təcavüzkar Səudiyyə Ərəbistanı koalisiyası atəşkəs istəyirsə Yəmənin mühasirəsini ləğv etməlidir
Beynəlxalq Qırmızı Xaç Komitəsi: 'Yəməndəki müharibənin və xalqının iztirablarının sona çatması üçün çalışın'
Beynəlxalq Qırmızı Xaç Komitəsi: 'Yəməndəki müharibənin və xalqının iztirablarının sona çatması üçün çalışın'