Zəliledici əzab kimlər üçündür? 04 İyul 2021 21:53 Quran və təfsir Dəryadan bir damla Allah-Taala Qurani-Kərimin “Ali-İmran” surəsinin 178-ci ayəsində belə buyurur: وَلاَ يَحْسَبَنَّ الَّذِينَ كَفَرُواْ أَنَّمَا نُمْلِي لَهُمْ خَيْرٌ لِّأَنفُسِهِمْ إِنَّمَا نُمْلِي لَهُمْ لِيَزْدَادُواْ إِثْمًا وَلَهُمْ عَذَابٌ مُّهِينٌ “Kafir olanlar elə güman edirlər ki, onlara verilən möhlət onlar üçün yaxşıdır. Həqiqətən, onlara möhlət verərik ki, öz günahlarını artırsınlar. Onlar üçün zəliledici əzab var.” Quran kafirlərə, münafiqlərə və süst imanlı insanlara müraciət edərkən “güman etməyin” ifadəsini dəfələrlə işlətmişdir. Məlum olur ki, bu fərdlər həqiqəti görməkdən, düzgün təhlil aparmaqdan məhrumdurlar. Onlar yaranışı mənasız, şəhadəti yox olmaq, dünyanı əsas, kafirlərə sığınmağı izzət, ömürlərini xeyir-bərəkət mayası sayırlar. Quran bütün bu təsəvvürlərin üstündən xətt çəkir. Küfr əhli imkanlı olmağı, qələbələr əldə etməyi, rifahlı yaşayışı özləri üçün ləyaqət sayırlar. Halbuki Allah onlara küfrə və fəsada batdıqlarına görə möhlət vermiş və öz pislikləri içində qərq olmalarını istəmişdir. Tarixdə oxuyuruq ki, Yezid İmam Hüseyni (ə) şəhadətə çatdırdıqdan sonra onun ailəsini bacısı Zeynəblə birlikdə əsir götürüb Şama gətirdi. Yezid zahiri qələbəsindən qürur duyaraq Həzrət Zeynəbə belə dedi: “Allahın bizimlə olduğunu gördünüzmü?!” Həzrət Zeynəb Yezidin cavabında hazırkı ayəni oxudu və buyurdu: “Mən səni alçaq, kiçik və hər cür təhqirə layiq bilirəm. İstədiyini et. Amma and olsun Allaha, Allahın nurunu söndürə bilməzsən.” Bəli, dünya səfasına aludə olan belə fərdlər üçün zəliledici axirət əzabı hazırlanmışdır ki, onların dünyəvi və xəyali izzətləri axirət zəlilliyi ilə sonuclansın. Günahkarlar iki qisimdir: Onlardan bir dəstəsi islah olasıdır. Allah belələrinə moizə və acı-şirin hadisələr vasitəsi ilə xəbərdarlıq edir, onları oyadır. Amma hidayət olmayası zümrə Allah tərəfindən başlı-başına buraxılır ki, bütün mənfi qabiliyyətlər üzə çıxsın. Ona görə də İmam Baqir (ə) hazırkı ayə ilə bağlı buyurmuşdur: “Ölüm kafirlər üçün bir nemətdir. Çünki onlar çox qaldıqca günahlarını da artırırlar.” (“Təfsire-Nurus-səqəleyn”.) Həzrət Əli (ə) “həqiqətən, onlara möhlət verilmişdir” cümləsi haqında buyurmuşdur: “Nə çoxdur ehsan gəldikdə yavaşıyanlar, nə çoxdur eyibləri örtüldüyündən aldadılanlar, nə çoxdur öz haqlarındakı xoş sözlərə məftun olanlar. Allah heç kimi möhlət verilmə, öz başına buraxılma kimi bəlaya mübtəla etməsin.” (“Tuhəful-Uqul”, səh. 203.) Bildirişlər 1. Küfr həqiqəti tanımağa mane olur. 2. Ömrün uzun-qısalığı, rifah dövrü Allahın əlindədir. 3. Bütün insanlar xeyir axtarışındadır, amma bəziləri onu zərərlə səhv salırlar. 4. Allahın verdiyi möhlət onun sevgisi üçün nişanə deyildir. 5. Nemətlər yalnız xeyir yolda istifadə olunduqda səmərə verir. Əsk-təqdirdə, nemət şər və günaha gətirib çıxarır. 6. Əsas məsələ ömrün uzunluğu yox, onun bəhrəli olmasıdır. İmam Səccad (ə) “Məkarimul-əxlaq” duasında belə ərz edir: «Pərvərdigara! Əgər ömrüm şeytan üçün otlaq olacaqsa, onu qısa et.» 7. Tələsik mühakimə yürütməyin, işin sonunu və axirəti də nəzərə alın. 8. Zalımların rifah içində yaşaması və hakimiyyəti Allahın onlardan razı olması nişanəsi deyil. Belə ki, bu, onlar qarşısında sakit dayanmağımız üçün dəlil ola bilməz. 9. Axirət əzabının müxtəlif növləri və mərhələləri vardır. Bu ayədə isə zəliledici əzabdan söz açılır. (“Təfsiri-nur”, Ustad Möhsin Qəraəti, 2-ci cild, “Ali-İmran” surəsi 178-ci ayənin təfsiri.) Maide.az Teqlər : #Zəliledici,#əzab,#kimlər,#üçündür?, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Əməl ilə əxlaqın qarşılıqlı əlaqəsi-7 İlahi xəbərdarlıqlara ciddi yanaşaq! Quran və təfsir Qurani-Kərimdə xeyir nümunələri 10-Şeytanın insana nüfuz və təsiri Qurani-Kərimdə axirət aləmi və onun adları – Allaha doğru qayıdış Quran surələri ilə qısa tanışlıq – 'Təğabun' surəsi 9-Qurani-Kərimdə halal və haram 'Cümə' surəsini tilavət etməyin fəziləti Qurani-Kərimdə axirət aləmi və onun adları – 'Liqaullah' (Allahla görüş) Quran surələri ilə qısa tanışlıq – 'Münafiqun' surəsi 8. Qurani-Kərimdə şeytanın xüsusiyyətləri Quran surələri ilə qısa tanışlıq – ‘Cümə’ surəsi 7 - Qurani-Kərimdə möminlərin xüsusiyyətləri - 2 'Səff' surəsini tilavət etməyin fəziləti Quran surələri ilə qısa tanışlıq – 'Səff' surəsi 6-Qurani-Kərimdə möminlərin xüsusiyyətləri - 1 'Mumtəhənə' surəsini tilavət etməyin fəziləti Quran surələri ilə qısa tanışlıq – ‘Mumtəhənə‘ surəsi 5-Qurani-Kərimdə bərəkətlər Qurani-Kərimdə axirət aləmi və onun adları – Nəşr günü 4 -Qurani-Kərimdə şükrün növləri və təsirləri 'Həşr' surəsini tilavət etməyin fəziləti 3-Qurani-Kərimdə islahat 3-Qurani-Kərimdə islahat Quran surələri ilə qısa tanışlıq – 'Həşr' surəsi Quran surələri ilə qısa tanışlıq – ‘Mücadələ’ surəsi 2-İsrail övladlarının süqutunun sirri Qurani-Kərimdə axirət aləmi və onun adları – Həşr günü İnsanın yaranış məqsədləri 1-Allahın mərhəmətini qazanmağın səbəbləri İnsan ölümdən öncə yeddi mərhələ keçir Hesab çəkənlərin ən sürətlisi Ən yaxşı salam Əxlaqla qidanın əlaqəsi İlahi xəbərdarlıqlara ciddi yanaşaq! Əməl ilə əxlaqın qarşılıqlı əlaqəsi-7 İmanı küfrlə dəyişənlər Əxlaqi fəzilətlərin inkişafı üçün hazırlıqlar – Dostlar və yaxınların rolu Əməl ilə əxlaqın qarşılıqlı əlaqəsi-6 Xalqla xoş rəftar ilahi bir hədiyyədir Əməl ilə əxlaqın qarşılıqlı əlaqəsi-5 Düşmənin hədələri qarşısında ən güclü iki sipər Qurani-Kərimdə təqvalıların üstün xüsusiyyətləri Yediyiniz vaxt iki mühüm şərti unutmayın...