Zəbiullah Mücahid: 'Taliban' hökuməti Moskvaya səfər təşkil etmək niyyətindədir'

Zəbiullah Mücahid: 'Taliban' hökuməti Moskvaya səfər təşkil etmək niyyətindədir'

“Əfqanıstanın yeni hökuməti Rusiya ilə münasibətləri yüksək səviyyədə inkişaf etdirmək və Moskvaya səfər təşkil etmək niyyətindədir”.
 
Bunu “Taliban” hökumətinin mədəniyyət və informasiya nazirinin müavini, müvəqqəti hökumətin sözçüsü Zəbiullah Mücahid “RİA Novosti”yə müsahibəsində bildirib.
 
“Biz səfər üçün Moskvadan dəvət gözləyirik. Bizim heç bir problemimiz yoxdur. Rusiya hökumətindən yüksək səviyyədə münasibət qurmağı xahiş edirik. Çünki Rusiya bizim üçün vacib qonşudur. İnşallah Kabillə Moskva arasında güclü əlaqələrin şahidi olacağıq”, - o vurğulayıb. / Report / 
 

Google+ WhatsApp ok.ru