Zaminlərin də ölkədən çıxışına qadağa qoyulur?

Maide.az xəbər verir ki, «Bizim Yol» qəzetində  «Minlərlə vətəndaşın ölkədən çıxışına qadağa qoyulub» adlı məqalə verilib.
 
Yazıda qeyd edilir ki, hər hansı məhkəmə qərarı olmadan banklar gecikdirilmiş kreditlər ilə bağlı Ədliyyə Nazirliyi ilə anlaşaraq minlərlə vətəndaşın ölkədən çıxışına «stop» qoyub.
 
Ekspert Əkrəm Həsənov qəzetə bildirib ki, məhkəmə qərarı olmadan vətəndaşın hərəkət sərbəstliyinə qadağa qoyulması özbaşınalıqdır.
 
O deyib ki, hətta vətəndaş borcunu məhkəmə qərarı ilə hissə-hissə ödəyəcəyi öhdəliyi götürürsə, onun hərəkət sərbəstliyi məhdudlaşdırıla bilməz: «Yalnız müəyyən edildikdə ki, borclu borcu bilə-bilə ödəmir və bundan yayınır, o zaman bu hal tətbiq edilə bilər».
 
Yazı da qeyd edilir ki, hətta bank kreditinə zamin duran şəxslərin belə ölkədən çıxışı yasaqlanıb.
 
Məqalənin  tam mətnini  burdan oxuya bilərsiz.

Google+ WhatsApp ok.ru