Zaqatalaya leysan yağıb, iki kənd susuz qalıb 03 Avqust 2020 12:33 Hadisə Zaqatalanın iki kəndində leysan yağışlarının yağması səbəbindən içməli su təminatında problem yaranıb. Bu barədə Trend-ə “Azərsu” Açıq Səhmdar Cəmiyyətinin (ASC) İctimaiyyətlə əlaqələr departamentinin rəisi Anar Cəbrayıllı bildirib. Qeyd olunub ki, yaranmış problemin aradan qaldırılması üçün işlər görülür: "Hazırda Zaqatalada leysan yağışların yağması səbəbindən Tala çayında lillənmə baş verib. Bu səbəbdən də rayonun Yuxarı Tala və Aşağı Tala kəndlərinin içməli su ilə təminatında problem yaranıb". Teqlər : #Zaqatalaya,#leysan,#yağıb,#iki,#kənd,#susuz,#qalıb, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Qaxda maşınla buldozeri sel apardı Azərbaycanda zəlzələ oldu