Özbək İslam alimi İstanbulda qətlə yetirildi

Türkiyədə  özbək  əsilli İslam alimi qətlə yetirilib.
 
Maide.az "islam.ru"-ya  istinadən xəbər verir ki,  Abdullah Özbək (Buxari)  adlı  alim İstanbulun Zeytinburnu rayonunda bu səhər təşkil olunan hücum nəticəsində həyatını itirib.
 
İstanbulun Zeytinburnu   rayonunda  "İhsan Dərnəyi "  adlı yerdə  elm və İslami  dəvət işləri ilə tanınan Özbək Abdulla Xoca ləqəbli "Abdullah  Buxari Xoca" bu gün zöhr namazına doğru, dərnək binasının yanında papaqlı  bir şəxs tərəfindən silahlı hücuma məruz qalıb. Hücum edən şəxs  bir dəfə atəş açaraq  qaçıb. 
 
İstanbul Cərrahpaşa təhsil və araşdırma xəstəxanasına qaldırılan Abdullah  Xoca, saat 16.30 sıralarında vəfat edib.
 
Verilən məlumatda Abdullah Özbəkin bir müddət öncə, Özbəkistan Xüsusi Xidmət orqanları tərəfindən təhdid edildiyi bildirilir.

Google+ WhatsApp ok.ru