Özbəkistan prezidenti olmaq üçün 5 namizəd mübarizə aparacaq

Özbəkistan prezidenti olmaq üçün 5 namizəd mübarizə aparacaq

Özbəkistanda 24 oktyabrda keçiriləcək prezident seçkilərinə namizədlərin qeydə alınması başa çatıb.
 
Modern.az xəbər verir ki, prezidentliyə namizədləri yalnız partiyalar irəli sürə bilərdi.
 
Ölkədə rəsmi qeydiyyata alınmış 5 partiya olduğu üçün namizədlərin sayı da 5 nəfərdir.
 
Dövlət başçısı postuna namizədlər hazırkı Prezident, Liberal-Demokrat Partiyasının namizədi Şövkət Mirziyoyev, Ekologiya Partiyasından Narzullo Oblomuradov, Xalq-Demokratik Partiyasından sədr müavini Maqsud Varisov, “Ədalət” Partiyasından Bahrom Abdulhalimov və “Milli Dirçəliş” Partiyasından Əlişir Kadırovdur.

Google+ WhatsApp ok.ru