İzdivacla nikahın fərqi nədir? - Ayətullah Cavadi Amuli cavab verir

Ayətullah Cavadi Amuli evlilik və izdivacın fərqi barədə maraqlı bir təfsir edib. Maide.az olaraq alimin izahını dəqdim edirik: "Evlilik iki növdür: Birincisi, izdivacdır, yəni erkəklə dişinin bir araya gəlməsidir və belə bir evlilik heyvanlarda da var. Buna görə də sırf qarşı cinslə birlikdə olmaq ilə keçirilən və "izdivac" - deyə səciyyələndirilən evlilikdən saleh övlad dünyaya gəlməz. Amma evliliyə "nikah" kimi baxdıqda vəziyyət dəyişir. Çünki nikahda insanı dəyərləri haqqı ilə yaşamaq və insani təkamül gedişini ifadə etmək üçün qarşılıqlı öhdəlik və məsuliyyət daşıma hissiyatı var. Məhz belə bir evlilik, Peyğəmbərin (s) hədisinə görə dinin yarısıdır."
 
Ayətullah Cavadi Amuli "Şura" surəsinin 11-ci ayəsinin təfsirində mühüm məqamlara da toxunub:
 
Ayədə belə buyurulmuşdur: "(O,) göyləri və yeri (ilk olaraq və misli görünməmiş şəkildə) yaradandır. Sizin üçün (mələk və cinlərdən deyil) öz cinsinizdən zövcələr yaratdı və (həmçinin) dördayaqlılardan (da erkək-dişi) cütlər (yaratdı). Sizi bununla (bu evlənmək tədbiri ilə) artırır və yayır. Heç nə Onun kimi deyil və eşidən və görən Odur!" Əvvəlcə də dediyimiz kimi, insanla mələk arasında fərqlərdən biri insandakı fərqliliklər və ondakı iradə sahibi olmaq xüsusiyyətidir. Bu xüsusiyyəti ilə insan mələklərdən önə keçə bilir. Digər bir fərq isə insanın öz növündən xanımı var və bu münasibətlə çoxalır. İnsan bu xüsusiyyəti ilə şəxs kimi deyil, növ olaraq daimidir. Amma mələklər artmadığı üçün şəxs kimi qalırlar, ölüm onlara dəyməz. Yəni onlarda evlilik kimi bir vəziyyət söz mövzusu deyil.
 
Qurani-Kərim etiqaddan bəhs edəndə nemətləri iki hissəyə ayırır. Bu nemətlərdən bir hissəsində insanla heyvan tərəfdaşdır. Məsələn, müxtəlif meyvələrdən və maddi yeməklərdən bəhs edəndə, "bu sizin üçün və heyvanlar üçün istifadə mənbəyidir" ifadəsini işlədir. Lakin mənəvi nemətlər mövzusundan bəhs edildikdə insanı mələklərlə eyni kateqoriyada zikr etmişdir. Bu ayədə də iki qarşı cinsin məhz çoxalmaq məqsədi ilə evliliyin (birləşmənin) heyvanlara da verilmiş bir nemət olduğu bəyan edilir. Bu, izdivacdır və izdivac məsələsində insanla heyvanlar müştərəkdir. İnsanı bir evlilik nikahla olur və bu cür bir evlilikdən saleh övlad dünyaya gələr."

Google+ WhatsApp ok.ru