Zilqədə ayının bazar günlərinin namazı

Zilqədə ayının bazar günlərinin namazı

Zilqədə ayı Allahın haram buyurduğu dörd aydan biridir. Seyid ibn Tavus nəql edir ki, Zil-qədə ayı çətinliklər zamanı duaların qəbul olduğu bir aydır.
 

Peyğəmbərdən (s) bu ayın bazar gününə məxsus çox fəzilətli bir namaz nəql olunmuşdur ki, onun qılınma qaydası belədir:


“Zilqədə ayının ilk bazar günü qüsl etdikdən və dəstəmaz aldıqdan sonra dörd rükət – hər rükətdə “Həmd”dən sonra üç dəfə “İxlas”, “Fələq” və “Nas” surələrini oxuyaraq namaz qılınır. Sonra yetmiş dəfə istiğfar (tövbə) edib, istiğfarı “La həvla və la quvvətə illa billahil əliyyil əzim”lə sona yetirilir. Sonra bu zikr deyilir:


يَا عَزِيزُ يَا غَفَّارُ اغْفِرْ لِي ذُنُوبِي وَ ذُنُوبَ جَمِيعِ الْمُؤْمِنِينَ وَ الْمُؤْمِنَاتِ فَاِنَّهُ لا يَغْفِرُ الذُّنُوبَ إِلا أَنْتَ


Ya əzizu ya ğəffaruğfir li zunubi, və zunubə cəmiil mu`­mi­ninə vəl mu`minat, fə­innəhu la yəğfiruz zunubə illa ənt – Ey əziz, ey bağışlayan, mənim günahlarımı və bütün mömin kişi və qadınların günahlarını bağışla! Çünki günahları Səndən başqası bağışlamaz.

Şeyx Abbas Qummi “Məfatihul-cinan” kitabında yazır ki, hər kim haram ayların birində üç gün ardıcıl olaraq həmin ayın 4-cü, 5-ci və 6-cı günlərini oruc tutsa, ona doqquz yüz ilin ibadətinin savabı verilər.

Maide.Az - Maarif bölümü

Google+ WhatsApp ok.ru