Zülmün 7 nəticəsi 07 Sentyabr 2018 01:00 İbrətamiz hekayələr “Və Allahı zalımların etdiklərindən əsla xəbərsiz sanma! (Allah) onlara əslində yalnız gözlərin (Məhşərin dəhşətindən)bərələcəyi gün üçün möhlət verir. Boyunlarını uzadıb başlarını yuxarı qaldıran halda gözlərini belə qırpmazlar. Onların qəlbləri (dəhşətin çoxluğundan hər hansı bir fikir və diqqətdən) boşdur”. (“İbrahim” 42-43). Bu ayələrdə Allahın zalımlara xəbərdarlıq etdiyinin şahidi olur və yeddi mühüm məsələni dərk edirik. 1. Allah zalımlar üçün dünyada qorxu və dəhşət yaradar. Onlar bilməlidirlər ki, Allah onların əməllərindən xəbərsiz deyildir. 2. Zalımın bütün əməlləri Allah yanında qeyd olunmuşdur. 3. Cəhənnəm atəşini görməyə belə qüdrəti olmadığı halda, zülmünə davam edir. 4. Gözlər ancaq bir tərəfə dikilər. 5. İndiyə qədər görmədikləri həqiqətə diqqət edər. 6. Heyrətləri o həddədir ki, hətta gözlərini belə qırpmazlar. 7. Qəlbləri gördükləri həqiqətdən əriyər, çünki indiyə qədər məsxərə etdikləri əməllərini xatırlayarlar. /Deyerler.org- Həvzəh / Teqlər : #Zülmün 7 nəticəsi, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru NAMAZIN SAVABINI 70 DƏFƏ ARTIRAN ƏMƏL AŞURA MƏKTƏBİNİN ÖZƏLLİKLƏRİ