`İzzət, güc və könül rahatlığı Qurana əməl etməkdən asılıdır` - FOTO-YENİLƏNİB 07 İyun 2016 01:00 Nəsihətlər Ali Rəhbər Ayətullah Xameneinin iştirakı ilə Quran məclisi Xəbər verdiyimiz kimi, Quranın nazil olduğu mübarək ramazan ayının ilk günündə – bu gün günortadan sonra Ali Rəhbər Ayətullah Xameneinin iştirakı ilə İmam Xomeyni (rə) adına hüseyniyyədə Quran məclisi təşkil olunub. Maide.Az xəbər verir ki, Başdan-başa Quranın rayihəsi və Quran mənəviyyatı ilə dolu olan bu nurlu məclisdə ölkənin müxtəlif bölgələrindən gəlmiş hafiz, ustad və qare Qurani-Məciddən ayələr tilavət edirlər, təvaşih (dini ilahilər) qrupları Uca Yaradana mədh və həmd-səna oxuyur. Quran məclisində çıxış edən Ayətullah Xamenei bildirib ki, Quranın sözlərinin gözəlliyi bir möcüzə, böyük və mənalı anlayışları dərk etmək üçün bir pəncərədir. “Mövcud vəziyyətdə dünyanın Quran anlayışlarına çox ehtiyacı var. Əgər Quranın dərin mənaları insanlara günün dili ilə çatdırılarsa, mütləq daha çox təsiredici olacaq və insanların həqiqi inkişafına zəmin yaradacaq. Ona görə ki, izzət, güc, maddi rifah, mənəvi inkişaf, düşüncə və təfəkkürün yayılması, sevinc və könül rahatlığı Qurana əməl etməkdən asılıdır”. Ayətullah Xamenei bildirib ki, bu günki fırtınalı və problemli dünyada əgər Quranın mənasına diqqət edilərsə, Quranın təsirediciliyi daha çox anlaşılacaq. Ayətullah Xamenei Quran tilavəti toplantılarının daha da çoxalmasının zəruriliyini vurğulayıb. “Bu günki dünyada iman, düşüncə və şəxsiyyət boşluğu var və insanların Quran mənalarına daha çox ehtiyacı var. Öz iman sütünlarınızı möhkəmləndirmək və Quran mənalarını insanlara çatdırmağın yollarını öyrənməklə bu mənaları dünyaya çatdırmalıyıq. Əgər Quranın mənaları insanlara çatdırılarsa Quran dünyada əsas təsiredici vasitə olacaq, o zmaan hegemonlar, onların silahları və sionist rejim heç bir qələt edə bilməyəcək”. Ali Rəhbər Quran mənaları ilə tanışlığın bərəkətlərindən biri kimi ruhun rahatlığını göstərib və bildirib ki, bu rahatlıq insanda Allaha və ilahi gücə imanın artmasına zəmin yaradır. Teqlər : #`İzzət,#güc və könül rahatlığı Qurana əməl etməkdən asılıdır` FOTOYENİLƏNİB, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Ramazan tövsiyələri: Nəfsin təmizlənməsində təsirli olan amillər Ayətullah Xamenei: Ramazan tövsiyyələri - Gənclik xəzinəsi - VİDEO
`Əza mərasimləri, göz yaşının axıdılması, Aşura günü baş verən hadisələrin şərh edilməsi – bütün bunlar olduqca lazımlı şeylərdir`