2 il 8 aydır ki komada olan “Ayaks”ın futbolçusu Abdelhak Nuri ayılıb.
Maide.Az "yenisabah.az"a istinadla xəbər verir ki, bu barədə 22 yaşlı yarımmüdafiəçinin qardaşı açıqlama verib.
O bildirib ki, niderlandlı oyunçu yataqdan qalxa bilməsə də, özünə gəlib:
“Qardaşim artıq komada deyil, ayılıb.
O asqırır, qaşları ilə bizə bəzi işarələr edir və yemək yeyir. Ancaq hələ ki, yataqdan qalxa bilmir” .
Qeyd edək ki, 2017-ci ilin iyulunda “Verder”lə yoxlama oyununda futbolçunun ürəyi tutub.
Gənc oyunçu helikopterlə xəstəxanaya aparılıb. Onun beynində ciddi problem olduğu aşkarlanıb. Nəticədə o, komaya düşüb.