2016-cı ilin 7 ayı ərzində ölkədə baş vermiş qida zəhərlənmələrinin statistikası açıqlanıb.
Səhiyyə Nazirliyinin Gigiyena və Epidemiologiya Mərkəzindən APA-ya verilən məlumata görə, 2016-cı ilin 7 ayı ərzində respublika ərazisində 396 qida zəhərlənməsi qeydə alınıb.
Bildirilib ki, qida zəhərlənməsi nəticəsində 502 nəfər zərər çəkib, 1 nəfər botulizmdən ölüb. /