Ərdoğanın mitinqində silahlı şəxs saxlanılıb

Türkiyə baş naziri Rəcəb Tayyib Ərdoğanın mitinqində silahlı adam saxlanılıb. Maide.az-ın məlumatına görə, R.T. Ərdoğan Samsunun Canik bölgəsində tərəfdarlarının qarşısında çıxış edib. Bu zaman əlində silah olan bir şəxs Ərdoğana yaxınlaşmaq istəyib. 
 
Bu zaman Ərdoğanın şəxsi mühafizəçiləri həmin silahlını nəzarət altına alıblar. 
 
Həmin şəxsin silahının özünə aid olduğu təsdiqləndikdən sonra onu sərbəst buraxıblar.