türkiyə Superliqasının komandalarından olan "İstanbul Başakşehir"in ev oyunlarını keçirəcək Başakşehir Stadionu baş nazir Rəcəb Tayyib Ərdoğan tərəfindən açılıb.
Maide.az-ın məlumatına görə, Ərdoğan açılışdakı çıxışında b u stadionun qurulması yönündə əməyi olan hər kəsə təşəkkür edib.
Stadiona Türkiyə futbolunun canlı əfsanəsi, A milli komandanın baş məşqçisi Fareh Terimin şərəfinə onun adı verilib.
Daha sonra Ərdoğan forma geyinərək stadiona enib.
Qarşılaşmada narıncı komandada yer alan Baş nazirin 12-ci prezidentin seçiləcəyi seçki marafonu müddətinin getdiyi bir vaxtda 12 nömrəli formanı geyməsi ilə diqqəti çəkib.
Qarşılaşma Ərdoğanın komandasının üstünlüyü ilə başa çatıb: 9-4.