Şəhvət düşkünü Ərəbistanlı tacirlər və İŞİD terrorçularının əməlləri barədə - ANALİZ

Yarım əsrdən çox bir müddətdir Orta Şərqi yaxından izləyirəm. Bir jurnalist diqqətiylə bölgədəki dəyişmələrə dair fikirlərim olmuşdur. Bu fikirlər bəzən doğru, bəzən isə səhv çıxmışdı. Ümumiyyətlə, Orta şərq mövzusundakı fikirlərim həmişə pessimist olmuşdur. Amma bunu etiraf etməliyəm: Orta Şərq mövzusundakı bu pessimizmimə baxmayaraq, günün birində İraq və Suriya kimi tarixi bir keçmişə sahib iki əhəmiyyətli ölkənin qadınları və qızlarının kölə bazarlarında satışa təqdim ediləcəyini, gənc və yaşlıların başlarının kəsiləcəyini əsla təsəvvür etməmişdim, belə bir uzaqgörənlik etməmişdim. Bu faciələri fikirləşə bilmədiyim üçün məni üzrlü hesab edin… Çünki mən bu anda belə bunlara inana bilmirəm, inanmaq istəmirəm… Öz özümə gördüklərimin bir kabus olduğunu və oyandıqda bu qorxunc yuxudan xilas olacağımı təlqin etməyə çalışıram!
 
Bu yöndə ürəyimi ən çox ağrıdan şey İŞİD-in açdığı qanlı süfrələr deyil! Kəsdikləri başlar, asdıqları günahsız insanlar, daşlayaraq qətlə yetirdikləri qadınlar, yaxın məsafədən açdığı atəşlə parçaladıqları başlar, yüksək yerlərdən aşağıya ataraq edam etdikləri günahsız insanlar və … ürəyimi çox ağrıtmır! Çünki bunu bilirəm ki, "Allahu Əkbər" deyərək bu cinayətləri törədənlərin qurbanları, canlarını ədalət sahibi Allaha təslim edərək, dinclik tapırlar.
 
Lakin geridə qalan qadınlar və qızların vəziyyəti şərəfdən bir zərrə qədər nəsibi olan hər insanın ürəyini ağrıtmaqda, qəhr etməkdədir!
 
Bütün yaxınlarını döyüşdə itirmiş və kimsəsiz qalmış suriyalı kiçik qızlar, Səudiyyə mənşəli kölə tacirləri üçün yaxşı bir gəlir mənbəyi kimi görülür! Bu şərəfdən məhrum insan tacirləri, yetimxanalara, düşərgələrə və sığınacaqlara yönəlirlər. Oralarda olan kiçik qızları bir şəkildə ələ keçirib, şəhvət düşkünü Səudiyyə zənginləri qarşısına satışa çıxarırlar. Bu tacirlər əvvəl Suriyalı qızları İordaniyada olan mühacir düşərgəsindən evləndirmək bəhanəsiylə 500 dollar qarşılığında satın alırlar. Sonra da zəngin adamlara satırlar. Ərəbistan mediası və səlahiyyətliləri bu həqiqətləri gizləməyə və gizli saxlamağa çalışsa da, həqiqətlər ortaya çıxır. Belə cinayətlərin ortaya çıxması ən çox da mühacir işləri ilə maraqlanan insanları narahat edir.
 
Kölə ticarəti mövzusunun müxtəlif ölçülərinin ortaya çıxması ilə birlikdə ərəbistanlı səlahiyyətlilər artıq bu işin qanuni olmasından danışmağa başlayıblar! Ərəbistan Daxili İşlər Nazirliyindən sızan 2539 nömrəli bir sənəd bütün həqiqətləri ortaya qoyur! Bu sənəddə Livandakı internat evindəki kiçik yaşlı qızların Səudiyyə kişilərlə evləndirilməsinə sənəd verildiyindən bəhs olunur. Bu sənədə görə, Ərəbistan beynəlxalq insan haqları və uşaq haqlarını tapdalamaqdadır.
 
İŞİD terror təşkilatının insan və uşaq ticarəti mövzusunda həyasızcasına əməlləri müxtəlif vaistələrlə insanlara  açıqlanır, Ərəbistanın Daxili İşlər Nazirliyi isə bu sahədəki cinayətlərini ört-basdır edir. Belə ki, Səudiyyə səlahiyyətliləri öz cinsi pozğunluqlarını, humanitar yardım və himayə etmək kimi yalan sözlərin arxasında gizlədir!  
 
Qısası, İŞİD terrorçuları ilə Səudiyyənin kölə tacirləri bir medalın iki üzüdür. 
 
Düşmənlərimiz bizim üçün bu cəhənnəm ssenarisini hazırlayarkən və insanlığın xilası üçün endirilmiş olan bir dini bu şəkildə əksinə çevirərək dünyaya təqdim etmək səyi göstərərkən, bizlər yatırdıq! Əslində onlar bir daşla iki quş vurdular: öz heyvani hərəkətləri ilə müqəddəs İslam dininin üzünü çirkinləşdirməyə cəhd göstərərkən, müsəlmanların torpaqlarını və ehtiyatlarını darmadağın etdilər. Əsl düşmən olan İsrail rejimi isə bir küncdə dayanaraq, qurduğu oyunları bığ altından gülməklə seyr edir!
 
Camal Kamal