Ənsarullah Hərəkatı Səud ordusu ilə döyüşlərə başlayıb

Səudiyyə Ərəbistanı quru qoşunları ilk dəfə olaraq husilərlə üz-üzə gəlib. ANS PRESS-in məlumatına görə, hazırda Səudiyyə-Yəmən sərhədində Səud ordusu ilə Yəmənin "Ənsarullah" Husi Hərəkatı arasında ağır toqquşmaların baş verildiyi bildirilir.
 
Bundan əvvəl Səud rejimi rəhbərlik etdiyi ərəb koalisiyası ilə birlikdə Yəmən üzərinə hava hücumları həyata  keçirirdi. Xəbər verilir ki, hazırda sərhəd boyunca toplar da daxil olmaqla ağır silahlardan istifadə ilə döyüşlər davam edir.
 
Husilər ötən il Yəmən paytaxtı Sənaya nəzarəti ələ aldıqdan sonra ötən həftə eks-prezident Abdurabbu Mansur Hadinin sığındığı və ƏL-Qaidənin nəzarətində Ədən şəhəri üzərinə hücuma başlamışdılar. Qərb istiqamətində kedən döyüşlərdə husilər şəhəri terrorçulardan təmizləyrək Qırmızı dəniz üzərindəki strateji hərbi-dəniz bazasına nəzarəti təmin ediblər./