`Əfqanıstan problemlərinin həlli yolu tayfalar və məsul şəxslər arasında həqiqi vəhdətin qurulmasından keçir `

Ali Lider Ayətullah  Seyyid Əli Xamenei bu gün Əfqanıstanın baş naziri Abdulla Abdullanı qəbul edib
Maide.az xəbər verir ki,  görüşdə Ayətullah Xamenei Əfqanıstanda milli vəhdət hökumətinin təşkili təşəbbüsünü alqışlayıb və bildirib ki, ümid edirəm milli vəhdət hökuməti sözün həqiqi mənasında özünü doğruldacaq. Ona görə ki, Əfqanıstan problemlərinin həlli yolu tayfalar və məsul şəxslər arasında həqiqi vəhdətin qurulmasından keçir . 
Ayətullah Xamenei  Əfqanıstanda müxtəlif tayfaların, sünni və şiənin birgə yaşayışının çox qədim tarixi olduğunu xatırladıb və bildirib: “Biz lap keçmişdən Əfqanıstan xalqını səbirli, qənaətcil, çox çalışqan, dindar və ədəbiyyata meyilli xalq kimi tanıyırıq. Lakin irqi ayrı seçkilik və ikili hərəkətlər hər bir xalqı zəiflədir.”
 
Ayətullah Xamenei bildirib ki, Əfqanıstanın inkişafı, sabitilyi və təhlükəsizliyinin təmini biz İranın inkişafı, sabitliyi və təhlükəsizliyinin təmini kimi bilirik.   “İran SSRİ-nin Əfqanıstanı işğalı zamanı Əfqanıstanlı mücahidləri dəstəkləyib. İndi də İran Əfqanıstanın yanındadır və bu ölkənin təqribən 3 milyon vətəndaşına ev sahibiyi edir.”
 
 İranda 16 min tələbənin universitetlərdən məzun olduğunu bildirən Ayətullah Xamenei bildirib ki, bu Əfqanıstan üçün dəyərli bir fürstədir. Əfqanıstan hökuməti bu tələbələri dərsləri bitdikdən sonra ölkələrinə qayıtması üçün  təşviq  etməlidir. 
Ayətullah Xameni deyib ki, İran  elmi, texniki,  iqtisadi və eləcədə  təbii və insan resursları baxımından geniş potensiala malikdir. “Əməkdaşlığın inkişaf etdirilməsi hər iki ölkənin xeyrinədir və sərhəd bölgəsində bəzi su hövzələri ilə bağlı olan fikir ayrılıqları əməkdaşlıq və səsmimiyyətlə öz həllini tapmalıdır”.
 
Ali Lider Ayətullah Xamenei  ötən illərdə Əfqanıstan mücahidlərinin siyasətdən təcrid olunmasını tənqid edərək bildiri: “Mücahidləri döyüşçülər kimi adlandırmaqla təcrid etmək yanlış siyasətdir və hərbi hücuma və böyük fitnəyə məruz qalan bir ölkədə vətəndaşlar özləri mücahid ruhiyyəsi ilə ölkəni müdafiə etməyə hazır olmalıdırlar.”
 
Ayətullah  Xamenei ABŞ-ın Əfqanıstandakı qırğınları və bu ölkəyə çoxlu xəsarətlər vurmasını da xatırladıb və bildirib ki, Amerikalılar hələ də Əfqanıstandan əl çəkmirlər. Lakin Əfqanıstan vətəndaşlarında müqavimət və dindarlıq ruhiyyəsinin çox dərin və tarixdə məşhur olduğuna görə, heç bir işğalçı Əfqanıstanda davam gətirə bilməmişdir. /