“Əl yandıran”qiymətlərin səbəbkarı su qabağı kəsən `əjdaha`monopolistlərdi -Ekspert

Azərbaycanda övlad dünyaya gətirib, yetişdirməyin çətinliyi səhiyyə sistemindən başlayır, iqtisadiyyata qədər hər sahədə davam edir. Belə ki, ölkə bazarlarında, market və apteklərdə uşaq yeməkləri, əşyaları dəyərindən bir neçə dəfə baha satılır. Valideynləri ən çox narahat edən süni qidaların və uşaq bezlərinin həddindən artıq baha olmasıdır.
 
Gündəlik tələbat olan belə məhsullardan maddi imkanından asılı olmayaraq, körpəsi olan bütün ailələr istehlak etmək məcburiyyətindədirlər. Xüsusən, ana südü ilə qidalana bilməyən körpələr süni qidalara möhtac qalır ki, bu da ailə üçün həddindən artıq ağır maddi yük deməkdir. Xüsusi qablaşdırmada olan uşaq qidalarının 300-400 qramlıq bağlamalarının qiyməti əl yandırır."Azərbaycanda hər növ bahaçılıqların başında monopoliya durur"
 
Bu sözləri Maide.Az-a iqtisadçı-ekspert Qubad İbadoğlu ölkədəki uşaq xəclərinin həddən artıq baha olmasını şərh edərkən bildirib. Ekspertin sözlərinə görə, ölkədəki qanunlar yalnız balaca və orta sahibkarlara qarşı tətbiq edilir. 
 
"Bildiyimiz kimi, uşaq qidaları ölkəyə xaricdən idxal olur. Təbii olaraq, bu məhsullar üzərində də hansısa bir monopolitlər dayanır. Zahiri olaraq 2-3 nəfərə icazə verilib ki, ölkəyə uşaq qidaları gətirsinlər və rəqabətin olduğunu göstərsinlr. Bu və bu kimi bütün işlərdə sərbəst bazar iqtisadiyyatına imkan versələr, ölkədə təlabata uyğun olaraq, rəqabət olacaq. Sonda da bundan alıcılar qazanacaqlar.
 
Süni qiymət artımının qarşısının alınması məqsədilə aparılan monitorinqlərin hüquqi əsaslarını aydınlaşdırmaq üçün "Antiinhisar fəaliyyəti haqqında", "İstehlakçıların hüquqlarının müdafiəsi" haqqında Azərbaycan Respublikasının qanunları mövcud olsa da, müvafiq norma mövcud deyil. Bu üzdən də ölkədə özbaşnalıq höküm sürür. 
 
Əslində "Antiinhisar fəaliyyəti haqqında", Qanunda hətta belə bir norma olsa da bu bazarda hökmran mövqeyə malik olan iri şirkətlərə qarşı tətbiq olunmalıdır. Təbii ki, bu da olunmadıqda şikayətçi olduğumuz qiymətlər enmir və ölkədə bahalaşma davam edir",-deyə Q.İbadoğlu bildirib.
 
İqtisadçı çıxış yolunu mütəmadi manitorinqlərdə görərək bunları qeyd etdi:
 
Qiymətlərin liberallaşdırılması istiqamətində təklif edirəm ki, Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti idxal qiymətləri ilə topdansatış və pərakəndə satış qiymətlərinin fərqini aşkarlamaq üçün monitorinqlər aparsınlar və nəticələri mətbuatda dərc etsinlər. Onda görəcəyik ki, gömrükdən çıxan qiymətlə ticarət şəbəkələrini daxil olan qiymətlər arasında dəfələrlə fərq vardır. Ötən il bizim apardığımız müqayisələr göstərdi ki, Azərbaycana 4 qəpik qismində gələn mal, bazarlarda 1 manatdan aşağı satılmır.
Bu bir daha onu göstərir ki, hansısa monopolistlər "əjdaha" kimi işlərin qabağında duraraq, öz mənafelərinə uyğun hərəkət edirlər. Odur ki, qiymətin sabitləşdirilməsi üçün mağazalara deyil, idxal şirkətlərinə və gömrüyə təzyiq göstərmək lazımdır. Bütün hallarda məsuliyyət İqtisadiyyat və Sənaye Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinın üzrərinə düşür”,- deyə iqtisadçı fikirlərini yekunlaşdırıb. /