SUAL 22: Namazı qılıb qurtardıqdan sonra, namaz vaxtı dəstəmazlı olub-olmadığı barədə şəkk edən şəxsin vəzifəsi nədir?
Mərcəi-təqlidlər: Qıldığı namaz düzgündür, amma sonrakı namazlar üçün mütləq dəstəmaz almalıdır.
(“Tozihul-məsail”, mərcəi-təqlidlər, məsələ 303; “Tozihul-məsail”, Ayətullah Nuri Həmədani, məsələ 304; Ayətullah Xameneinin dəftərxanasından sorğu.)
Ayətullah Təbrizi, Ayətullah Safi, Ayətullah Fazil Lənkərani və Ayətullah Vəhid Xorasani: Əgər namazdan əvvəl dəstəmaz aldığına dair diqqətli olduğunu ehtimal edirsə, qıldığı namaz düzgündür, amma sonrakı namazlar üçün, mütləq dəstəmaz almalıdır.
(“Tozihul-məsail”, mərcəi-təqlidlər, məsələ 303; “Tozihul-məsail”, Ayətullah Vəhid Xorasani, məsələ 310.)
Xatırladaq ki, şəri-dini suallara cavablar gənclər və ali məktəb tələbləri tərəfindən irəli sürülüb, 10 mərcəi-təqlidin fətvası əsasında hazırlanıb və əziz oxuculara təqdim olunur. Bu araşdırmanın tənzimlənməsində aşağıdakı nöqtələr diqqət mərkəzində saxlanılır: