DƏSTƏMAZIN HÖKMLƏRİ
“CƏBİRƏ” DƏSTƏMAZI
SUAL 32: Sağ və yaxud sol qolu sınan və gipsə salınan şəxs necə dəstəmaz almalıdır?
CAVAB: İmam Xomeyni, Ayətullah Xamenei, Ayətullah Sistani, Ayətullah Safi, Ayətullah Fazil Lənkərani və Ayətullah Nuri Həmədani: “Mütləq “cəbirə” dəstəmazı almalıdır.” (“Tozihul-məsail”, Ayətullah Nuri Həmədani, məsələ 331; Ayətullah Xameneinin dəftərxanasından sorğu; “Tozihul-məsail”, digər mərcəi-təqlidlər, məsələ 330.)
Ayətullah Bəhcət: “Cəbirə” dəstəmazı almalıdır və vacib ehtiyata əsasən, təyəmmüm də etməlidir.” (“Tozihul-məsail”, məsələ 330.)
Ayətullah Təbrizi, Ayətullah Məkarim Şirazi, Ayətullah Vəhid Xorasani: “Vacib ehtiyata əsasən, həm “cəbirə” dəstəmazı almalı, həm də təyəmmüm etməlidir.” (“Tozihul-məsail”, Ayətullah Vəhid Xorasani, məsələ 336; “Tozihul-məsail”, digər mərcəi-təqlidlər, məsələ 330.)
QEYD: Yaralı və ya sınmış üzvün (dəstəmaz üzvünün) bağlandığı, eləcə də, onların üzərinə qoyulmuş dərman, yaxud parça və bu kimi şeylər “cəbirə” adlanır. Məsələn, sualda nəzərdə tutulan şəxs “cəbirə” dəstəmazını belə alacaqdır: Öncə üzünü yumalı, sonra (əgər sağ qolu gipsə salınıbsa) sağ qolunu cəbirə dəstəmazı almalıdır (yəni sol əlinin yaşlığını gipsin üzərindən və yaxud yara varsa bir parça qoyub parçanın üzərindən çəkməlidir). Ondan sonra sol qolunu (su krantında və yaxud suya batırmaqla) yuyacaq və həmin əlinin yaşlığı ilə başına və ayaqlarına məsh çəkəcəkdir.
Xatırladaq ki, şəri-dini suallara cavablar gənclər və ali məktəb tələbləri tərəfindən irəli sürülüb, 10 mərcəi-təqlidin fətvası əsasında hazırlanıb və əziz oxuculara təqdim olunur. Bu araşdırmanın tənzimlənməsində aşağıdakı nöqtələr diqqət mərkəzində saxlanılır: