SUAL 33: Dəstəmazsız Allah-Taalanın adlarına toxunmağın hökmü nədir?
CAVAB: İmam Xomeyni, Ayətullah Bəhcət, Ayətullah Xamenei, Ayətullah Safi və Ayətullah Nuri: “Allah-Taalanın adlarına – hansı dildə və hansı keyfiyyətdə yazılmasından asılı olmayaraq, dəstəmazsız toxunmaq və əl vurmaq caiz deyildir.
(“Əcvibətul-istiftaat”, Ayətullah Xamenei, sual 157; “Tozihul-məsail”, mərcəi-təqlidlər, məsələ 319.)
Ayətullah Təbrizi, Ayətullah Sistani, Ayətullah Fazil Lənkərani, Ayətullah Məkraim Şirazi və Ayətullah Vəhid Xorasani: “Vacib ehtiyata əsasən, Allah-Taalanın adlarına – hansı dildə və hansı keyfiyyətdə yazılmasından asılı olmayaraq, dəstəmazsız toxunmaq və əl vurmaq caiz deyildir.”
(“Tozihul-məsail”, Ayətullah Vəhid Xorasani, məsələ 315; “Tozihul-məsail”, digər mərcəi-təqlidlər, məsələ 319.)
Xatırladaq ki, şəri-dini suallara cavablar gənclər və ali məktəb tələbləri tərəfindən irəli sürülüb, 10 mərcəi-təqlidin fətvası əsasında hazırlanıb və əziz oxuculara təqdim olunur. Bu araşdırmanın tənzimlənməsində aşağıdakı nöqtələr diqqət mərkəzində saxlanılır: