SUAL 34: “Bismihi-təala” (بسمه تعالى) kimi Allah-Taala adını göstərən əvəzliklərə (hi), eləcə də, ərəbcə «...ا» (həmzə və 3 nöqtə) şəklində yazılan “Allah” kəlməsinə dəstəmazsız toxunmağın hökmü nədir?
İmam Xomeyni: Allah-Taalanın adları və yaxud onun tərkib hissəsi olan adlara – hansı dildə və hansı keyfiyyətdə yazılmasından asılı olmayaraq, dəstəmazsız toxunmaq caiz deyildir.
(“İstiftaat”, İmam xomeyni, 1-ci cild, “Dəstəmaz” bölümü, sual 79.)
Ayətullah Bəhcət və Ayətullah Safi: “Vacib ehtiyata əsasən, dəstəmazsız toxunmasınlar.”
(Camiul-əhkam”, Ayətullah Safi, 1-ci cild, sual 53-54; Ayətullah Bəhcətin dəftərxanasından sorğu.)
Ayətullah Təbrizi, Ayətullah Xamenei, Ayətullah Sistani, Ayətullah Fazil Lənkərani, Ayətullah Məkarim Şirazi və Ayətullah Nuri Həmədani: “Eybi yoxdur, amma yaxşı olar ki, dəstəmazsız toxunmasınlar.”
(“Siratun-nəcat”, Ayətullah Təbrizi, 5-ci cild, sual 990; “Əcvibətul-istiftaat”, Ayətullah Xamenei, sual 147-148; “İstiftaat”, Ayətullah Nuri Həmədani, 1-ci cild, sual 52; “Camiul-məsail”, Ayətullah Fazil Lənkərani, 1-ci cild, sual 184; Ayətullah Sistani və Ayətullah Məkarim Şirazinin dəftərxanasından sorğu.)
Ayətullah Vəhid Xorasani: “Eybi yoxdur, amma vacib ehtiyata əsasən, “bismi-təala” ifadəsinə toxunmaq caiz deyil.
(Ayətullah Vəhid Xorasaninin dəftərxanasından sorğu.)
Xatırladaq ki, şəri-dini suallara cavablar gənclər və ali məktəb tələbləri tərəfindən irəli sürülüb, 10 mərcəi-təqlidin fətvası əsasında hazırlanıb və əziz oxuculara təqdim olunur. Bu araşdırmanın tənzimlənməsində aşağıdakı nöqtələr diqqət mərkəzində saxlanılır: