Maide.Az 10 mərcəi-təqlidin fətvası əsasında hazırlanmış şəri-dini suallara cavabları əziz oxuculara təqdim edir:
YENİ AYIN GÖRÜNMƏSİ
SUAL 39: Ayın əvvəli hansı yollarla sübut olunur?
CAVAB: Ayın əvvəli bir neçə yolla sübut olunur:
1. İnsan ayı öz gözü ilə görsün;
2. İki ədalətli kişi ayı gördüyünə dair şəhadət versin;
3. Sözlərindən yəqin hasil olan bir qrup adam şəhadət versin və desin ki, biz ayı gördük;
4. Şəban ayının əvvəlindən 30 gün keçsin;
5. Şəriət hakimi ayın əvvəli olmasına hökm versin.
QEYD: Ayətullah Sistani və Ayətullah Vəhid Xorasaninin fətvasına əsasən, şərət hakiminin hökmü ilə ayın əvvəli sübuta yetməz.
(“Tozihul-məsail”, mərcəi-təqlidlər, məsələ 1730.)
Xatırladaq ki, şəri-dini suallara cavablar gənclər və ali məktəb tələbləri tərəfindən irəli sürülüb, 10 mərcəi-təqlidin fətvası əsasında hazırlanıb və əziz oxuculara təqdim olunur. Bu araşdırmanın tənzimlənməsində aşağıdakı nöqtələr diqqət mərkəzində saxlanılır: