Maide.Az 10 mərcəi-təqlidin fətvası əsasında hazırlanmış şəri-dini suallara cavabları əziz oxuculara təqdim edir:
SUAL 1: Əgər günortadan öncə, “Bu gün Ramazan ayının birinci günüdür!” – deyə elan edilərsə, həmin günün orucu ilə bağlı vəzifə nədir?
CAVAB: Ayətullah Təbrizi və Ayətullah Vəhid Xorasanidən başqa, bütün mərcəi-təqlidlərin fətvası: Əgər insan həmin vaxta qədər orucu batil edən bir iş görməyibsə, niyyət edib oruc tutmalı və orucu da düzgündür. Əgər orucu batil edən bir iş yerinə yetiribsə, həmin günün orucu batildir, lakin (mübarək Ramazan ayına ehtiram əlaməti olaraq) “Şam” azanına qədər orucu batil edən işlərdən çəkinməli və mübarək Ramazan ayından sonra həmin günün qəzasını tutmalıdır.
(“Tozihul-məsail”, mərcəi-təqlidlər, məsələ 1561.)
Ayətullah Təbrizi və Ayətullah Vəhid Xorasani: Əgər insan həmin vaxta qədər orucu batil edən bir iş görməyibsə, niyyət edib oruc tutmalı və vacib ehtiyata əsasən, mübarək Ramazan ayından sonra həmin günün qəzasını da tutmalıdır. Əgər orucu batil edən bir iş görmüşsə, həmin günün orucu batildir, lakin (mübarək Ramazan ayına ehtiram əlaməti olaraq) “Şam” azanına qədər orucu batil edən işlərdən çəkinməli və mübarək Ramazan ayından sonra həmin günün qəzasını tutmalıdır.
(“Tozihul-məsail”, Ayətullah Təbrizi, 1561; “Tozihul-məsail”, Ayətullah Vəhid Xorasani, məsələ 1569.)
Xatırladaq ki, şəri-dini suallara cavablar gənclər və ali məktəb tələbləri tərəfindən irəli sürülüb, 10 mərcəi-təqlidin fətvası əsasında hazırlanıb və əziz oxuculara təqdim olunur. Bu araşdırmanın tənzimlənməsində aşağıdakı nöqtələr diqqət mərkəzində saxlanılır: