‘Diqlas’dakı yanğın zamanı zərərçəkən sahibkarlar kompensasiya tələb edir -VİDEO

“Diqlas” ticarət mərkəzindəki yanğın zamanı zərərçəkən sahibkarlar etiraz aksiyası keçiriblər.
 
Musavat.com-un hadisə yerində olan müxbiri xəbər verir ki, onlar dəymiş ziyanın ödənilməsini tələb ediblər. Yüzlərlə sahibkar ticarət mərkəzinin qarşısında toplaşaraq, bazar rəhbərliyinin əraziyə gəlməsini istəyiblər.
 
Bundan sonra “Diqlas” ticarət mərkəzinin direktoru Bəhruz adlı şəxs hadisə yerinə gələrək, narazı sahibkarların suallarını cavablandırıb. O, bildirib ki, bu gün saat 16:00 radələrində zərəçəkənlərlə görüş keçirilib, məsələyə aydın gətiriləcək.
 
Daha ətraflı təqdim etdiyimiz videodan izləyə bilərsiniz.