"Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) həm İslam dünyasına, həm bölgə ölkələri və ərəb xalqlarına və həmdə Fələstinə xəyanət etdi."
Maide.Az xəbər verir ki, bunu Ali Rəhbər Ayətullah Seyid Əli Xamenei deyib.
Ali Rəhbər bu xəyanətin çox uzun sürməyəcəyini və ləkə onların üzərində qalacağını qeyd edib. "Onlar sionistlərin ayağını bölgəyə açdılar. Fələstin məsələsini ki, unutdular və işğalçı ilə münasibətləri normallaşdırdılar. Fələstin xalqı hərtərəfli güclü təzyiq altındadırlar. Belə bir zamanda onlar İsrail ilə və ABŞ-ın pis ünsürləri Trampın ailəsində olan o, yəhudi ilə İslam dünaysının əleyhinə işləyirlər. Qəddarlıqla İslam dünyasına qarşı çıxırlar.”
Ayətullah Xamenei BƏƏ rəsmilərinin tez ayılacağına və gördükləri işi kompensasiya edəcəklərinə ümid etdiyini bildirib.