Əfqanıstanın Nuristan əyalətində baş verən sel daşqınları nəticəsində ölənlər və itkin düşənlərin sayı 180-i keçib.
Bu barədə Nuristan əyalətinin valisi Hafiz Əbdülqəyyum məlumat verib.
Bildirilib ki, əyalətin Kamdiş rayonunda baş verən sel daşqınları nəticəsində ölənlər və itkin düşənlərin sayı 180-i keçib.
Əlavə edilib ki, sel daşqınları rayonda yolları və körpüləri sıradan çıxarıb.
Bundan savayı bölgənin Talibanın nəzarətində olması ərazilərə yardımların çatdırılmasına maneə yaradan amillərdəndir.
Bu sel daşqınlarında yüzdən çox ev dağılıb. /BBC.Farsi /