Əlcəzairdə meşə yanğınlarında ölənlərin sayı 65 nəfərə yüksəlib.
Məlumatı Əlcəzairin milli televiziya kanalı yayıb.
Bildirilib ki, meşə yanğınları nəticəsində 28 hərbçi, 37 mülki vətəndaş ölüb. Məlumata görə, ölənlərin çoxu Tizi-uzu əyalətindəndir.
Qeyd edək ki, avqustun 10-da Əlcəzairin Baş naziri Ayman ibn Abdurrəhman meşə yanğınlarında 42 nəfərin öldüyünü bildirmişdi. / Report/