Ötən 40 ildə olduğu kimi Əfqanıstan xalqını və iradəsini dəstəkləyirik.
Maide.Az xəbər verir ki, bunu İranın Milli Təhlükəsizlik Şurasının baş katibi Əli Şəmxani Əfqanıstanda baş verən proseslərə münasibət bildirərkən deyib.
O bildirib ki, 2018-ci ildə Kabilə səfərim zamanı Əfqanıstan prezidenti ilə gərgin bir iclasımız oldu. “Əfqanıstanın müdafiə nazirinin bu günki ağrılı sözləri ABŞ-ın bu ölkəni 20 illik işğalının tərcüməsi idi. Bu sözlər göstərir ki, Vaşinqton bu ölkədə nəqədər təsir gücünə malik idi. İran ötən 40 ildə olduğu kimi Əfqanıstan xalqını və iradəsini dəstəkləyir.”